AZ

Netanyahunun aparat rəhbəri 13 saat dindirildi Ölkədən çıxışına qadağa qoyulub

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail polisinin xüsusi bölməsi “Lahav-433” tərəfindən 13 saat davam edən dindirilmədən sonra Baş Nazir Benyamin Netanyahunun dəftərxanasının aparat rəhbəri Tsaxi Braverman sərt məhdudlaşdırıcı şərtlərlə azadlığa buraxılıb.

“AzPolitika” bildirir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Bravermana 30 gün müddətində İsraili tərk etmək qadağan edilib, bu isə onun Böyük Britaniyaya səfir təyin olunmasına təsir göstərə bilər. Eyni zamanda, o, müvəqqəti olaraq 15 gün müddətinə dəftərxanadakı işindən uzaqlaşdırılıb və iş üzrə iştirakçılarla 30 gün ərzində əlaqə saxlamaq qadağan olunub.

Baş nazir dəftərxanasının kommunikasiya üzrə müşavir Omər Mansur da “Lahav-433”də dindirildikdən sonra azadlığa buraxılıb. Mansur da 15 gün müddətinə işdən kənarlaşdırılıb və 30 gün ərzində ölkədən çıxışına qadağa qoyulub.

Bravermana qarşı cinayət işinin başlanmasına səbəb isə “Bild” qəzetinə məxfi sənədlərin ötürülməsi ilə bağlı Netanyahunun keçmiş hərbi mətbuat katibi Eli Feldşteynin ifadələri olub. Feldşteyn də sızma və istintaqa mane olmaq ittihamı ilə dindirilib.

Feldşteyn “Kan” telekanalına verdiyi müsahibədə Bravermanla gizli gecə görüşünün yeganə şahidinin Omər Mansur olduğunu bildirib. Daha əvvəl Mansur 12-ci telekanalda Feldşteynin dediklərini yalan adlandırmışdı.

Bravermanın vəkili Jak Xen isə açıqlamasında deyib: “Dindirmə başa çatdıqdan sonra Braverman evinə qayıdıb. O, müstəntiqlərin bütün suallarını cavablandırıb və bir il əvvəl saxlanılmış, indi isə televiziya müsahibəsində səsləndirilən uydurma versiyanı tamamilə təkzib edib”.

Netanyahunun “Likud” partiyası isə Bravermana qarşı aparılan istintaqın siyasi təqib olduğunu bəyan edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr