Çoxdandır şəhərdə gəzmirdim, daha doğrusu şəhərin mərkəz hissəsində. Bir neçə gün əvvəl gəzdim və şəhərdən gələn əcaib iydən boğuldum. Təəssüflər olsun ki, şəhərinin mərkəzi küçələrindən “fast food” xüsusilə dönər, hindistan yeməkləri, ət-kabab, kəskin ədviyyatlı soğançalı yemək və kiçik "day-day” kafesi qoxusu gəlir. Bir sözlə hər tərəfi tüstü-duman basıb.
Ölkə.Az xəbər verir ki, bu sözləri diyetoloq, fud-bloger Fərid Səfərov bildirib.
Onun sözlərinnə görə, bu qoxular insanı “fast food” tipli yeməklərə yönəldir: "Sizi bilmirəm, bu məni şəxsən çox narahat edir! Bilirsiniz niyə? Bu qoxular birbaşa iybilmə reseptorlarına təsir edir, daha çox “fast food” tipli yeməklərə yönəlirik. Nəticədə qeyri-sağlam qidalar qəbul etmiş oluruq. Beynimiz orqanizminizin idarə edən və əmr verən mərkəzidir".
Diyetoloq qeyd edib ki, daha yaxşı bir orqanizm istəyənlər ilk olaraq daha yaxşı beyinə sahib olmadır və bunun üçün sağlam qidalarla qidalandırlar.