BAKI, 12 yanvar. TELEQRAF
“Fənərbağça” Türkiyə Superkubokunun finalında azarkeşlər üçün yağmurluqlara böyük məbləğ xərcləyib.
Teleqraf “Sabah” nəşrinə istinadən xəbər verilir ki, "sarı-lacivərtlilər" 35 min ədəd yağmurluq sifariş verib ki, onun da qiymətləri 50, 100 və 150 TL təşkil edib.
Ümumilikdə xərclənən məbləğ isə 5,2 milyon TL (təxminən 1,5 milyon manat) olub.
Qeyd edək ki, “Fənərbağça” finalda "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edərək 12 il sonra Türkiyə Superkubokunun qalibi olub.