AZ

İran şahzadəsi üsyanın yeni mərhələsini elan etdi...

...İranın keçmiş şahının oğlu və taxt-tacın varisi Rza Pəhləvi iranlıları ölkə daxilindəki dövlət qurumlarını və dünyanın hər yerindəki səfirlikləri ələ keçirməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, X səhifəsində İslam Respublikası rejimini devirmək məqsədi ilə "milli üsyanın yeni mərhələsi"nin başlandığını elan edən bir bəyanat dərc edib.

Pəhləvi rejim təbliğatını yaymaq və kommunikasiyanı pozmaqda məsul olan bütün qurumların "qanuni hədəflər" hesab edilməsinə çağırıb.

O, dövlət işçilərinin, eləcə də silahlı və təhlükəsizlik qüvvələri üzvlərinin "xalqın tərəfində olmaq və ya öz xalqının qətlində iştirak etmək" seçimini etməli olduqlarını söyləyib.

O, həmçinin xaricdə yaşayan iranlıları İranın diplomatik qurumlarını ələ keçirməyə çağırıb.

...Bütün İran səfirlikləri və konsulluqları İran xalqına məxsusdur. Onları İslam Respublikasının utancverici bayrağı əvəzinə İranın milli bayrağı ilə bəzəməyin vaxtı gəldi, - deyə Pəhləvi bəyan edib.

Əli Babayev

Seçilən
37
1
sia.az

2Mənbələr