AZ

Bərdə RİH dövlət qurumlarına bir milyonluq gül satan şirkətlə müqavilə imzaladı

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bərdə Rayon İcra Hakimiyyəti "Eko Ferma Azərbaycan” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun mövsümi güllərin və ağacların satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib. 

İcra hakimiyyəti şirkətdən qızıl gül, şam ağacı, lüqüstür, qazon, çinar ağacı, qızıl gül (karlik), kələm gülü, xrizantema, qış bənövşəsi, ətirşah, beqoniya, primula, palma, akasiya və evanimus alacaq. Bu görə şirkətə 53 210 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşən şirkətin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur. 

Açıq mənbələrdə "Eko Ferma Azərbaycan” MMC haqqında heç bir məlumat yoxdur. Əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərən Rüfət Masimov barəsində də məlumatlar məhduddur. 

Bununla belə, şirkət satınalma müsabiqələrində fəal iştirak edir. "Eko Ferma Azərbaycan” MMC təkcə 2025-ci ildə 21 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə bağlanmış satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 103 865 manat təşkil edir. 

Şirkətin əsas sifarişçilərindən biri də Bərdə Rayon İcra Hakimiyyəti və rayonun yerli qurumlarıdır. 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 2011-ci ildən rayona rəhbərlik edir. Vidadi İsayevin icra başçısı kimi karyerası isə 2005-ci ildən başlayır. O, ilk dəfə 2005-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və 2011-ci ilədək həmin vəzifədə işləyib. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qaynarinfo.az

2Mənbələr