Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran rejimi ölkə daxilində davam edən genişmiqyaslı etirazlara qarşı əks aksiyalar keçirib.Bakupost.az xəbər verir ki, İran dövlət mediası və hakimiyyətə yaxın xəbər saytlarında yayılan məlumatlara görə, bu yürüşlərdə yüz minlərlə insan rejim rəhbərliyinə dəstək məqsədilə küçələrə çıxıb. Əksər müşahidəçilər bu aksiyaların rejim tərəfindən təşkil olunduğunu bildirirlər.Hakimiyyət orqanları tərəfindən “Milli Birlik və Sülh” şüarı altında keçirilən yürüşlərdə iştirak etdiklərini iddia edən çoxlu sayda insanın çıxışı dövlət televiziyası və hökumət kanallarında geniş yayımlanıb. Məlumatlara görə, aksiyalar ABŞ və İsrail ə qarşı şüarların səsləndirilib, İran rejiminin sabitliyini dəstəkləyən etirazların təşkil olunduğu bir platforma kimi təqdim edilib. ***
Bu arada Kərəc şəhərində keçirilən aksiyalar zamanı Bələdiyyə binası nümayişçilər tərəfindən yandırılıb. Videolarda binanın fasadı və içərisinin tamamilə yandığı görünür.Məlumata görə, indiyə qədər 150-dən çox bölgədə etirazçılar hökumət binalarına hücum edərək od vurublar.Qeyd edək ki, etirazlar artıq iki həftədir davam edir. Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.