Gədəbəydə Şəhidlərin əziz xatirəsi yad edilib -Fotolar
aia.az xəbər verir ki, 01.01.2026-cı il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən
Şəhidlərimiz- rayonun Çobankənd kənd sakinləri Əlizadə Şamxal Əvəz oğlunun, Rzayev Amin Qurban oğlunun,Novoivanovka kənd sakini Hüseynov Vüsal Hüseyn oğlunun və Arısu kənd sakini Əliyev Elsəvər Saqib oğlunun doğum günləri münasibətilə məzarlarıı ziyarət edilərək xatirələri ehtiramla anıldı, məzarlarıı üzərinə gül dəsətələri düzüldü və ruhlarına dualar oxunudu.
Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!