AZ

Nərimanovda əməliyyat: İki narkokuryer saxlanıldı

Bakı.Trend:

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi vəsatışına qarşı keçirilən sonuncu əməliyyatlar zamanı 57 yaşlı RaufƏskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotikvasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədədmetadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər,eləcə də satış məqsədilə istifadə olunan elektron tərəziaşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqlarışəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi iləəldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanıb. Araşdırmalar davam etdirilir.

Seçilən
45
31
az.trend.az

10Mənbələr