Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Sənədlərə əsasən, ölkədə hərbi vəziyyət və səfərbərlik müddətinin 2026-cı il fevralın 3-dən etibarən 90 gün – 3 may 2026-cı il tarixinədək uzadılması təklif olunur.