AZ

“Bu ixrac əlavə valyuta gəliri və neft məhsullarının satış bazarlarının şaxələndirilməsi deməkdir ŞƏRH

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi iqtisadi baxımdan rasional ticarət qərarıdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı bildirib.O deyib ki, enerji məhsulları strateji əmtəə olsa da, bazar mexanizmləri çərçivəsində satılır və burada əsas meyar kommersiya maraqlarıdır:“Azərbaycan üçün bu ixrac əlavə valyuta gəliri və neft məhsullarının satış bazarlarının şaxələndirilməsi deməkdir. Bu ticarət siyasi münasibətlərdən asılı olmayaraq, iqtisadi reallıqların ön plana çıxdığını göstərir. Ermənistan enerji baxımından idxaldan asılı ölkədir. Daha yaxın, logistika baxımından sərfəli mənbədən yanacaq almaq onun üçün xərclərin azalması deməkdir. Bu isə inflyasiya təzyiqlərinin müəyyən qədər yumşaldılmasına da təsir göstərə bilər”.O bildirib ki, belə ticarət əlaqələri uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi münasibətlərin formalaşmasına zəmin yarada bilər:“İqtisadi əlaqələr artdıqca, risklərin və gərginliyin iqtisadi dəyəri yüksəlir ki, bu da tərəfləri daha praqmatik davranmağa sövq edir. Bu mərhələdə söhbət hələlik genişmiqyaslı iqtisadi əməkdaşlıqdan getmir. Bu daha çox məhdud və ehtiyac əsaslı ticarətdir. Lakin presedent olaraq əhəmiyyətlidir və gələcəkdə digər sahələrdə də iqtisadi əlaqələrin qurulması üçün zəmin yarada bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr