AZ

Ötən il dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 352 milyon manatdan çox vəsait geri qaytarılıb

Bakı. Trend:

2025-ci ildə dövlət büdcəsindən fiziki və hüquqi şəxslərəümumilikdə 352 milyon 409,8 min manat məbləğində vəsait geriqaytarılıb.

Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət vəictimai iaşə, mədəniyyət və tibbi xidmətlərə, işğaldan azad edilmişərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindənölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan mallarınalınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olanşəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayışsahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıqödənilmiş digər vergilər, dövlət rüsumları və ödənişlər də geriqaytarılıb.

Məqalədə:
Seçilən
49
41
az.trend.az

10Mənbələr