AZ

Kaya Kallas: “İrana qarşı yeni sanksiyalar təklif etməyə hazıram”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

İran rəsmilərinə AB ölkələrinə səyahət qadağaları və aktivlərin dondurulmasını əhatə edə bilər

“İrana qarşı yeni sanksiyalar təklif etməyə hazıram”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Onun sözlərinə görə, AB "artıq İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib, xüsusən də insan haqlarının pozulmasına, nüvə proqramının genişləndirilməsinə və Tehranın Ukrayna silahlı münaqişəsinə dəstəyinə görə məsuliyyət daşıyanlara qarşı".

O "Die Welt" qəzetinə verdiyi müsahibədə "nümayişçilərin qəddarcasına yatırılmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram" deyib. Siyasətçi əlavə edib ki, İranda son illərin ən böyük etirazları yaşanır.

DPA xəbər agentliyinin məlumatına görə, ehtimal ki, əvvəlcə etirazçılara qarşı hərəkətlərə görə məsuliyyət daşıyanlara, o cümlədən nazirlərə qarşı tədbirlər görüləcək. Onlara qarşı məhdudiyyətlər AB ölkələrinə səyahət qadağaları və aktivlərin dondurulmasını əhatə edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr