AZ

“Sabah” Maluda və Raxmonaliyevdən sonra onu da transfer edir?

“Sabah” cari mövsümdə komandanın əsas aparıcı futbolçularından olan Velko Simiçin transferi ilə bağlı ciddi iş aparır.

Mövsümün əvvəlində “Sivasspor”dan sərfəli şərtlərlə icarəyə götürülən serbiyalı pleymeykerin müqaviləsində də xüsusi bir bənd var.

Əldə etdiyimiz məlumata görə, Türkiyə klubu ilə bağlanmış icarə müqaviləsinə əsasən, “Sabah” Simiçin transferi ilə bağlı öncəliyi özündə saxlayır.

Bundan əlavə, futbolçunun aylıq əməkhaqqının yarısı da “Sivasspor” tərəfindən ödənilir.

Simiç cari mövsümdə “Sabah”ın heyətində 15 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Sabah” bir müddət öncə Aaron Maludanı Fransanın “Lill”, Umarali Raxmonaliyevi isə Rusiyanın “Rubin” klubundan transfer edib. Hər iki futbolçu Masazır təmsilçisində icarə əsasında çıxış edirdi.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr