AZ

İran rejimi ömrünün sonunu yaşayır - Sənəm Vəkil

BAKI, 12 yanvar. TELEQRAF

“İranlıların milli inqilabı son nəticəsindən asılı olmayaraq, artıq öncədən zəifləmiş rejimin legitimliyini daha da sarsıdacaq. Baş verənlər rejimin ömrünün son mərhələsinə daxil olduğunu göstərir”.

Teleqraf xəbər verir ki, bunu “Chatham House”un Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil deyib.

“S&P Global”ın vitse-prezidenti Den Yerqin də ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqları barədə qeyd edib ki, onun yanaşması günbəgün dəyişə bilər, amma təhdidləri ciddi əhəmiyyət daşıyır:

“İran uzun müddətdir Trampın gündəmindədir. Etirazlar isə son illərin ən dərin və ən genişmiqyaslı iğtişaşlarına çevrilib, hakimiyyət artıq bu proseslərə nəzarət edə bilmir”.

“BCA Research”in strateqi Mett Gertkenə görə, ABŞ hərəkətə keçməli olduğu qənaətinə gəlsə, əlində geniş alətlər dəsti var: kiberhücum və sabotajdan tutmuş, PUA və raket zərbələrinə qədər.

Seçilən
36
teleqraf.com

1Mənbələr