Türkiyəli müğənnilər Ebru Gündeş və Hadisə İranda cərəyan edən etirazları dəstəkləyib.
"Yeni Sabah" xəbər verir ki, “Dualarımız və qəlbimiz sizinlə” deyə Ebru Gündeş sosial media paylaşım edib.
Hadise isə qeyd edib: “Səssiz qala bilmərəm. İranlılar yalnız eşidilmək üçün həyatlarını riskə atır. Burada sadəcə rəqəmlər deyil, həqiqi həyat var: ailələr, tələbələr, əməkçilər. Hər biri şərəf və azadlıq istəyir. İran, biz sənin yanındayıq. Səni görür və eşidirik”.
Qeyd edək ki, Ebru Gündeş İran əsilli iş adamı Rza Zərrabın keçmiş arvadıdır. Onların boşanmasına səbəb Zərrabla Hadise arasında sevgi münasibətlərinin olması iddia edilmişdi.
Rza Zərrab ABŞ-də maliyyə və maliyyə fırıldaqları, İrana qarşı sanksiyaların pozulması və korrupsiya ittihamları ilə həbs olunub. ABŞ məhkəməsində irəli sürülən ittihamlar nəticəsində bir müddət həbsdə qalan Zərrab etiraflarından sonra sərbəst buraxılıb.
Telegram kanalımız