AZ

"Qarabağ"ın rəqibi futbolçusunu "Yuventus"a satacaq

"Liverpul"un futbolçusu Federiko Kyeza "Yuventus"a qayıtmağa hazırdır.

Sportal.az "Sky Spor"a istinadən xəbər verir ki, Turin təmsilçisi italiyalını icarə götürməyi planlaşdırır. 

Tərəflərin gələn həftədən etibarən müqaviləni müzakirə etməyə başlaması gözlənilir.

"Liverpul" rəhbərliyi oyunçu ilə müvəqqəti transfer əvəzinə daimi transferə üstünlük verəcək.

Kyeza Mersisayd təmsilçisinə 2024-cü ilin avqustunda "Yuventus"dan 12 milyon avroya keçərək qoşulub.

Onun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Bu mövsüm o, "Liverpul"da 20 oyunda iştirak edib, ümumilikdə 469 dəqiqə meydanda olub, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Əlavə edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq və oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
5
sportal.az

1Mənbələr