AZ

Cəfərquliyev “Sent-Etyen”in təklifindən imtina etdi

“Sent-Etyen” klubunun millimizin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlandığını xəbər vermişdik.

Msport.az xəbər verir ki, “butfootballclub.fr” portalı bu haqda informasiya yayıb.

Əldə etdiyimiz məlumata görə, 24 yaşlı müdafiəçi Fransa klubunun təklifindən boyun qaçırıb. O, Fransa Liqa-2-yə yollanmaqdansa, “Qarabağ”da qalmağa üstünlük verib.

Maraqlıdır ki,  Ağdam təmsilçisinin rəhbərliyi “Sent-Etyen”lə danışıqlara hazır olub. Lakin Cəfərquliyevin “yox” deməsi səbəbindən danışıqlar baş tutmayıb.

Qeyd edək ki, “Sent Etyen” hazırda Fransanın 2-ci liqasında 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb.

 

Seçilən
18
msport.az

1Mənbələr