AZ

Qızıl kəskin bahalaşdı: Dollar necə olacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyada baş verən siyasi proseslər və artan qeyri-müəyyənlik qlobal iqtisadiyyata təsirsiz ötüşmür. 

Son günlər investorlar və bazar iştirakçıları qızılın qiymətindəki artıma diqqət yetirir, eyni zamanda, dolların məzənnəsi ilə bağlı vəziyyət gündəmə gəlir. Dolların məzənnəsindəki gələcək dəyişikliklər diqqət mərkəzindədir. 

Dünyada baş verən siyasi və iqtisadi proseslər dolların məzənnəsinə necə təsir edəcək? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, dünyada baş verən prosseslər qiymətlərə təsirsiz ötüşmür: 

“Hazırda qızılın qiyməti artır, bu isə dünyada baş verən münaqişələr, qeyri-müəyyənliklər və neftin qiymətinin düşməsi ilə bağlıdır. Digər tərəfdən, Venesuliya məsələsi və hazırda İranda gedən proseslər neftin qiymətinin daha da enməsi ehtimalını artırır. 

Bu da sözsüz ki, sabit investisiya aləti olan qızıla marağı artırır və tələbatı yüksəldir. Həmçinin, Rusiya və Ukraynadakı proseslər də öz təsirlərini göstərir”. 

Ekspert qeyd edib ki, dolların müəyyən səviyyədə möhkəmlənməsi gözlənilir: 

“Sözsüz ki, dolların dəyərinin düşməsi və artması üzərində ciddi müzakirələr gedir. Bu gün ABŞ ilə Çin arasında gedən ticarət mübarizəsi də dolların məzənnəsinə təsir göstərir. 

Hesab edirəm ki, növbəti aylarda biz dolların müəyyən səviyyədə möhkəmlənməsini müşahidə edəcəyik. Bu, həm ABŞ-nin Federal Ehtiyat Sistemi tərəfindən həyata keçirilən faiz siyasəti, həm də dünyada gedən və Amerikanın güclənməsi istiqamətində baş verən proseslərlə əlaqəlidir”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

Qızıl dollar Eyyub Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
2
cebheinfo.az

3Mənbələr