AZ

20 minlik sualı “yumurta” cavabı ilə yandırdı VİDEO

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” verilişində iştirakçının 500.000 TL-lik (19 min 705 AZN) suala “yumurta” cavabını verməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

"Cebheinfo.az"  xəbər verir ki, verilişdə “Təxminən 75 milyon bəyənmə ilə instaqrama yüklənən şəkillər arasında ən çox bəyənmə toplayan foto hansıdır?” sualı verilib. 

Büşra Aydın adlı iştirakçı Lionel Messi, Kayli Cenner, Kriştiano Ronaldonun da adının olduğu variantlar arasından “yumurta” cavabını seçib. 

Sualın doğru cavabı isə Lionel Messi variantı olub. 

Qeyd edək ki, 2019-cu ildə world_record_egg səhifəsində sadəcə yumurta şəkli paylaşılıb. Bu fotonun bəyənilmə sayı isə həmin ildə 41 milyonu keçib. 

Sözügedən anları təqdim edirik: 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
cebheinfo.az

4Mənbələr