AZ

Vergi orqanlarının şəxsə aid olan bank məlumatlarına çıxışı qanunidir? AVROPA MƏHKƏMƏSİ NƏ DEYİR?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Yerli qanunvericilik vergi orqanlarına şəxsə aid olan bank məlumatlarına çıxış əldə etməsinə imkan verdikdə, bu, şəxsi həyata hörmət hüququna müdaxilə hesab oluna bilərmi?

Tanınmış vəkil Fariz Namazlı Gununsesi.info-nun bu sualını cavablandırıb.

08 yanvar tarixində Avropa Məhkəməsi İtaliyaya qarşı baxdığı işdə bu suala cavab axtarıb.

Ərizəçilər Avropa Məhkəməsinə müraciət edərək göstərib ki, vergi orqanı vergi yoxlaması çərçivəsində onlara aid olan bank məlumatlarına çıxış əldə edib və onlar qanunvericiliyin vergi orqanına həddən artıq geniş səlahiyyət verdiyini, bu səlahiyyətlərin sui-istifadəyə çevrilməsinin qarşısını alan prosessual təminatların və effektiv məhkəmə nəzarətinin olmadığını qeyd ediblər.

Avropa Məhkəməsi qeyd edib ki, yerli hüquqda sadəcə nəzərdə tutulması halı qanuna uyğun hesab edilmək üçün kifayət deyil. Bunun üçün yerli hüquq əlçatan olmalı, şəxs nəticələri qabaqcadan görə bilməli, özbaşınalığa qarşı qoruma təmin olunmalıdır.

Məhkəmə vergi orqanlarının mülahizə səlahiyyətlərinin sərhədlərini müəyyən edərkən qeyd edib ki, bank məlumatlarına çıxış “vergi öhdəliklərinə əməl olunmasını yoxlamaq” məqsədi güdür ki, bu ifadə çox ümumidir, istənilən şəxslə bağlı “yoxlama adı” ilə bank məlumatlarını əldə etmək olur, tələb olunan məlumatın həcmini vergi orqanı özü müəyyən edir. Buna görə də Məhkəmə bunu sərhədsiz mülahizə səlahiyyəti kimi görür və beləcə “qanunun keyfiyyəti” tələbi ödənmir.

Bu tədbirlərin görülməsi zaman müstəqi məhkəmə nəzarəti olmadığına görə Məhkəmə Konvensiyanın 8-ci maddəsi baxımından müdaxiləni qanuna uyğun hesab etməyib və digər əsasları (legitim məqsəd, zərurət) araşdırmağa ehtiyac görməyib.

Məhkəmə həmçinin müəyyən edilmiş çatışmazlıqların gələcəkdə daha çox əsaslandırılmış ərizələrin verilməsinə səbəb ola biləcəyini və bu işdə aşkar edilmiş Konvensiyanın 8-ci maddəsinin pozuntusunun sistematik xarakter daşıdığını əsas gətirərək gələcəkdə bu cür pozuntuların qarşısının alınması yolları barədə Konvensiyanın 46-cı maddəsinə əsasən müəyyən göstərişlər verməsini məqsədəuyğun görüb.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr