AZ

“Azərbaycanın valyuta ehtiyatları iqtisadi gücün yox, zəifliyin göstəricisidir” İqtisadçı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Geniş yayılmış belə bir fikrin əksinə olaraq təəssüflə qeyd etməliyik ki, Azərbaycanın valyuta ehtiyatları ölkə iqtisadiyyatının güclü olmasının deyil, tam əksinə iqtisadiyyatımızın zəifliyinin göstəricisidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Qaşqay İsmayıl deyib.

İqtisadçı hesab edir ki, müasir dünyada dövlətlərin bu tipli valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb etmir:

“Neft ixracatçısı olan ölkələr üçün xarakterik hesab edilən, maliyyə ehtiyatlarının formalaşdığı fondlar, həmin ölkələrin normal iqtisadiyyatlarının olmadığını və maliyyə sisteminin etibarsızlığını göstərir.

Offşor zonası olan Lüksemburqda adambaşına 25 milyon dollar xarici əmanət saxlanılır, yəni əcnəbilər Lüksemburqun maliyyə sisteminin dayanıqlılığına etibar edirlər. Bununla belə, Lüksemburqun valyuta ehtiyatları cəmi 930 milyon dollardır. Deməli, ehtiyatların çoxluğu ölkənin iqtisadi gücünün deyil, əksinə, iqtisadiyyata investisiya etmək imkanlarının məhdudluğunun, bank-maliyyə sisteminin primitiv səviyyədə olmasının, daxili bazarın kiçikliyinin göstəricisidir.

İnkişaf etmiş ölkə o ölkə sayılır ki, iqtisadiyyatı daha böyük miqdarda pul kütləsini “həzm” edə bilir. Həmçinin, valyuta ehtiyatları, adətən daxili istehsalı yox dərəcəsində olan və ehtiyaclarını idxal hesabına təmin edən dövlətlər üçün zəruridir, çünki bu dövlətlər idxaldan katastrofik dərəcədə asılı olduqlarından, eləcə də, milli valyutaları xarici valyutaya (indiki halda dollara) bağlı olduğundan, təhlükəsizlik yastığı olaraq ehtiyat saxlamağa məcburdurlar”.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
icma.az

1Mənbələr