AZ

"Beşiktaş" Emmanuel Aqbadu ilə anlaşdı

BAKI, 12 yanvar. TELEQRAF

Türkiyənin “Beşiktaş” klubu İngiltərə Premyer Liqası təmsilçisi “Vulverhempton”un futbolçusu Emmanuel Aqbadunu heyətinə qatmağa hazırlaşır.

Teleqraf "Transfermark"a istinadən xəbər verir ki, “qara-ağlar” artıq Fil Dişi Sahilindən olan 28 yaşlı müdafiəçi ilə müqavilə şərtləri barədə razılıq əldə edib.

Türkiyə təmsilçisi Aqbadu üçün 2 milyon avro icarə haqqı və 10 milyon avro satınalma opsiyasını əhatə edən təklif irəli sürüb. “Vulverhempton” tərəfi isə məbləğin artırılmasını və ödəniş planında dəyişiklik edilməsini tələb etdiyi üçün tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Aqbadunu ötən ilin yanvarında “Vulverhempton” Fransa təmsilçisi “Reyms”dən 20 milyon avro qarşılığında transfer edib. Müdafiəçi İngiltərə klubunun heyətində 34 oyuna çıxıb. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Seçilən
65
2
teleqraf.com

3Mənbələr