AZ

İranın müxtəlif şəhərlərində hökumətə dəstək yürüşü keçirilir

Bakı. Trend:

İranın müxtəlif şəhərlərində vətəndaşların hökumətə dəstəkyürüşü keçirilir.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, iştişaşlar, iğtişaşçıların silahlı cinayətləri,vətəndaşları qətlə yetirməsi, dövlət əmlakına, polis şöbələrinəxəsarətin yetirilməsi ilə əlaqədar hərəkətlərin pislənməsiməqsədilə yerli vaxtla saat 14:00-da yürüşlər başlanıb.

İran hökuməti, Məhkəmə Sistemi, Parlament, İslam İnqilabıKeşikçilər Korpusu, Ordu, Hüquq-Mühafizə orqanları, müxtəlif sosialorqanlar və sairə vətəndaşları hakimiyyətə dəstək yürüşündəiştiraka dəvət ediblər.

Qeyd edək ki, ötən gün İran hökuməti iğtişaşlarda ölənlərinxatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Əlavə edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr