
“Norveç Ukraynaya 400 milyon dollarlıq dəstək paketi təqdim edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eide ukraynalı həmkarı Andrey Sibiqa ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.
"Təsdiqləmək istəyirəm ki, bu gün biz yeni bir dəstək paketi elan edirik. Bu paketə əsasən, 400 milyon dollar dərhal köçürülür və bunun 200 milyon dolları qışda təcili ehtiyaclara, qalan 200 milyon dollar isə Ukrayna büdcəsini dəstəkləmək üçün ayrılıb”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, makromaliyyə dəstəyi Avropa İttifaqının (Aİ) təmin edəcəyinə söz verdiyi vəsaitlərin Ukraynaya gəlməsi üçün "körpü" rolunu oynayacaq.
Daşqın HəsənovMissiya.Az