AZ

​ƏMƏLİYYAT: 49 nəfər saxlanıldı, 16,2 kq narkotik, 333 ədəd həb ələ keçirildi

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Yanvarın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 72 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 16,2 kiloqrama yaxın narkotik vasitə və 333 ədəd güclü təsiredici xassəyə malik həb də aşkar olunaraq götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
hurriyyet.az

1Mənbələr