AZ

Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtın 16-cı mikrorayonunda qaz verilişi məhdudlaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, 16-cı mikrorayonun müəyyən hissəsində qaz xəttində yaranmış sızmaların aradan qaldırılması üçün təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu məqsədlə diametri 89 mm olan qaz xəttində görüləcək işlərə görə 500 abonentin qaz təchizatı bu gün saat 15:30-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Məlumata görə, təmir-bərpa işləri yekunlaşdıqdan sonra əraziyə qazın verilməsi bərpa ediləcək. Sakinlərdən təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.

Seçilən
12
nocomment.az

1Mənbələr