AZ

“Ətin qiyməti 30 manata qalxacaq EKSPERT

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ətin qiyməti 30 manata qalxacaq. Hələ bu qiymət deyilsə, idxalla əlaqəlidir”.

Bu barədə “Sherg.az”a qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi.

Mütəxəssis qeyd etdi ki, hazırda quzu ətinin kiloqramı 22-23 manat arasında dəyişir. Proqnoza görə, əgər idxala məhdudiyyət qoyulsa, xaricdən idxal olunmasa, quzu, iri və ya xırda buynuzlu heyvan ətinin qiyməti 30 manata çatacaq. Kiçik təsərrüfatlarda mal-qara saxlayanlar dabaq xəstəliyi səbəbindən ziyana düşdülər. Yerli istehsal ətə olan tələbatı qarşılamaq gücündə deyil. Heyvandarlığın inkişafı çox zəifdir. Ət ehtiyatının azalmasının bu dəqiqə idxal hesabına qarşısı alınır. Monqulustandan, digər ölkələrdən dana, qoyun əti idxal olunur. İdxalda azalma olsa, ətin qiyməti sürətlə qalxacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
sherg.az

1Mənbələr