AZ

Vətəndaşın ölkədən çıxışına hansı hallarda qadağa qoyula bilər? Vəkildən açıqlama

Vətəndaşların ölkədən çıxışına qadağa qoyulması dövlət tərəfindən tətbiq edilən hüquqi və inzibati tədbirlərdən biridir. Bu cür məhdudiyyətlər adətən milli təhlükəsizliyin təmin olunması, hüquqi proseslərin icrası və ya ictimai maraqların qorunması məqsədi daşıyır. Belə qərarlar vətəndaşların hərəkət azadlığına birbaşa təsir göstərdiyi üçün cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Bəs, hansı hallarda ölkədən çıxışa qadağa qoyula bilər? Kredit borcu olduğu halda ölkədən çıxışa qadağa qoyula bilərmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, ölkədən çıxışa qadağa yalnız məhkəmənin qərarı ilə qoyula bilər:

"Bu qərarda qeyd olunur ki, vətəndaş Azərbaycan Respublikasının ərazisini tərk edə bilməz. Qərar daha sonra Dövlət Sərhəd Xidmətinə göndərilir.

Hüquqşünas əlavə edib ki, bəzən cinayət işlərində bu qərarı iş üzrə müstəntiq də qəbul edə bilər:

"Lakin mülki işlərdə ölkədən çıxışa qadağanı yalnız məhkəmə qərarı ilə tətbiq etmək mümkündür.

Belə qadağa həm kredit borcu səbəbindən, həm də digər hallarda, məsələn, cinayət təqibi ilə bağlı ola bilər. Hal-hazırda araşdırma gedən işlərdə isə bu prosedur tətbiq edilir",- deyə Tağı Hüseynov bildirib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr