AZ

"Araşdırma aparıb, xəbər oxusun!" - Fulyadan Hadisəyə

Müğənni Hadisənin İranda davam edən etirazlara dəstək olması Türkiyədə yeni bir mübahisəyə səbəb olub.

"Unikal" xəbər verir ki, Hadisə sosial media hesabında "Səssiz qala bilmərəm. İranda insanlar sadəcə eşidilmək üçün həyatlarını təhlükəyə atırlar. Başlıqların arxasında rəqəmlər deyil, real həyatlar dayanır: ailələr, tələbələr, işçilər... Hamısı ləyaqət və azadlıq istəyir. İran, biz səninləyik. Səni görürük, eşidirik. Gəlin üzümüzü başqa tərəfə çevirməyək", - mesajını yazıb. 

Hadisənin müraciəti tezliklə geniş rezonans doğurub və paylaşım sosial mediada minlərlə şərh alıb.

Tanınmış jurnalist Fulya Öztürk Hadisənin mesajına sərt bir açıqlama ilə cavab verib. Məşhur müğənniyə Qəzza məsələsindəki susqunluğunu xatırladan Öztürk bildirib:

"Kaş ki, Qəzza məsələsində də susqun qala bilməyəcəyinizi desəydiniz. Yaxın Şərqdə nələrə cəhd edildiyi barədə bir az araşdırma aparmağı və xəbərləri izləməyi məsləhət görürəm".

Bu fikirlər sosial mediada yeni müzakirələrə səbəb olub. 

Gülayə Mecid 

Seçilən
23
1
unikal.az

2Mənbələr