Müğənni Mənzurə Musayeva Azərbaycan şou-biznesində son dövrlərdə yaranan durğunluqdan şikayətçidir. O, xüsusilə toy və məclislərin əvvəlki illərlə müqayisədə xeyli azalmasının sənət adamlarının işlərinə birbaşa təsir etdiyini deyib. Müğənninin sözlərinə görə, bu vəziyyət bir çox ifaçını ciddi maddi çətinliklərlə üz-üzə qoyub.
“Yeni Sabah”a danışan ifaçı şou-biznesdəki ümumi durumun narahatlıq doğurduğunu vurğulayıb.
“Məclislərimiz var, gedib, oxuyuruq, amma əvvəlki deyil də. Yaxşıdır, amma o deyil. Əvvəlki illərlə müqayisədə durum elə də ürəkaçan sayılmaz” – Mənzurə Musayeva söyləyib.
Əsmətxanım
Telegram kanalımız