Ermənistanın Azərbaycanın nəzarətində olan əraziləri ilə bağlı açıqlamaları gündəmə gəlib. Ermənistan Parlamentinin rəhbəri Alen Simonyan ölkəsinin Azərbaycan ərazilərindəki vəziyyəti etiraf edib və bunun qarşılıqlı xarakter daşıdığını vurğulayıb.
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Parlamentinin rəhbəri Alen Simonyan hökumətinə qarşı çıxanlara cavab olaraq Azərbaycanla Ermənistan arasında ərazilərin nəzarət məsələsini açıqlayıb.
Deputatın sözlərinə görə, Simonyan bildirib ki, Azərbaycan Ermənistanın bəzi ərazilərinə nəzarət edir və bunun qarşılıqlı xarakter daşıdığını vurğulayıb. Musabəyov əlavə edib ki, Alen Simonyan etiraf edib ki, Azərbaycan ərazilərinin bir hissəsinə Ermənistan nəzarət edir.
Rasim Musabəyov qeyd edib ki, Ermənistan ərazilərinin bir qismi, o cümlədən İcvan rayonunun üç hissəsi və Kərki, Naxçıvana yaxın ərazilər Azərbaycan nəzarətindədir. Onun sözlərinə görə, ərazilərin bir qismi hələ də mübahisəlidir və məsələnin həlli zamanı səhvlər dəqiqləşdiriləcək.
Deputat vurğulayıb ki, Simonyanın açıqlaması həm daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır, həm də faktiki olaraq Azərbaycan nəzarətində olan ərazilərin etirafı anlamına gəlir.