AZ

Məni öldürmək istəyirlər, əl çəkin

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şəxsi həyatımda bəxtəvər ola bilmədim, yarımadım. Həyat yoldaşım (mərhum Xalq artisti Tofiq Qarayev - red.) bədbəxt oldu. Deyirəm ki, heyif səndən. Kaş sən bu sənətə gəlməyəydin. Elə mən də. Bizdə elə bir qüvvə var idi ki, heç kimin gözü götürmədi. Bizim ailəmizi də kimsə qaldıra bilmədi. Mən paxıl olmamışam. Çalışmışam tərəf müqabillərim güclü olsun. Amma tərəf müqabilləri çalışır zəif olsun".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Bir gün" verilişində deyib. Aktrisa mərhum həyat yoldaşı, Xalq artisti Tofiq Qarayevdən danışıb. O bildirib ki, bir çoxları onun paxıllığını çəkib:

"Gücüm çatmadı onu saxlamağa. Gücüm çatsaydı, əlini buraxmazdım. Əhatəsi çox pis idi. Heç kim istəmirdi ki, Tofiq Qarayevi kütlə tanısın. Öldürməyincə, ondan əl çəkmədilər. İndi məni öldürmək istəyirlər. Əl çəkin məndən, qoyun yaşayın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
axsam.az

1Mənbələr