AZ

İranda etirazların 16 cı günü “Starlink” bağlantıları sıradan çıxarıldı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranda 16 gündür davam edən etirazlar fonunda hakimiyyət ölkədə internet məhdudiyyətlərini daha da sərtləşdirib. 

Rejim etirazçıların əsas alternativ əlaqə vasitəsi olan "Starlink" peyk internetini hərbi siqnalboğucular vasitəsilə böyük ölçüdə sıradan çıxarıb.

Məlumata görə, əvvəlcə "Starlink" trafikində təxminən 30 faizlik azalma qeydə alınsa da, bir neçə saat ərzində bu göstərici 80 faizi ötüb. "Starlink"-in ölkədə rəsmi olaraq qadağan edilməsinə baxmayaraq, istifadəçilərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

Məlumata görə, İran hakimiyyəti GPS siqnallarını da hədəf alaraq peyk bağlantılarını regional və bəzi ərazilərdə isə demək olar ki, tamamilə kəsib. Ekspertlər bu addımın təkcə etirazçılara deyil, internetin kəsilməsi səbəbindən İran iqtisadiyyatına da ciddi zərər vurduğunu bildirirlər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azpolitika.info

1Mənbələr