ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskla İranda internetin bərpası imkanlarını müzakirə etmək niyyətində olduğunu bildirib. İranda hökumət əleyhinə etirazlar davam etdiyi üçün hakimiyyət orqanları ardıcıl dördüncü gündür ki, rabitəni bloklayıb.
Jurnalistlərin peyk interneti Starlink təmin edən SpaceX şirkəti ilə mümkün əməkdaşlıq barədə sualına cavab verən Tramp, Маsкın "bu cür məsələlərdə çox yaxşı bildiyini" və "əla şirkətə sahib olduğunu" qeyd edib. Onun sözlərinə görə, etirazların miqyası və Tehran tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən İranda əlaqənin bərpası məsələsi təcili diqqət tələb edir.
NDTV xəbər verir ki, dərc olunduğu vaxt Маsк və SpaceX nümayəndələri ABŞ prezidentinin bəyanatına şərh verməyiblər.
Ölkə hakimiyyəti cümə axşamı günündən etibarən genişmiqyaslı internet kəsilməsini tətbiq etdikdən sonra İrandan informasiya axınları ciddi şəkildə pozulub. Bu, 2022-ci ildən bəri hakim ruhaniyyətə qarşı ən böyük etirazlar fonunda baş verib. Hüquq müdafiəçilərinin fikrincə, əlaqə məhdudiyyətləri etiraz fəaliyyətini yatırmaq və ölkə daxilində baş verənlər haqqında məlumatın yayılmasının qarşısını almaq məqsədi daşıyır.
İlon Mask daha əvvəl də İranda yaşayanlara dövlət məhdudiyyətlərini aşmaq üçün Starlink-ə çıxışın verilməsi ideyasını dəfələrlə dəstəkləmişdi. Oxşar addımlar 2022-ci ildə, Co Bayden administrasiyasının 22 yaşlı Məhsa Əminənin polis idarəsində ölümü, ölkə daxilində kütləvi çıxışlara səbəb olduqdan sonra Маsк ilə əməkdaşlıq etdiyi etirazlar zamanı müzakirə edilmiş və həyata keçirilmişdi.
Starlink peyk interneti, Ukrayna daxil olmaqla, münaqişə və böhran bölgələrində artıq istifadə olunub. Eyni zamanda, “Reuters” agentliyi xatırladıb ki, 2022-ci ildə Маsк Ukrayna qüvvələrinin əsas hücumlarından biri zamanı Starlinki müvəqqəti olaraq söndürməyi əmr edib, bu da geniş rezonansa səbəb olub.
Almaz Həsənli