AZ

Abbas Əraqçi: “53 məscidi yandırıblar”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açaraq İranda dinc etirazları silahlı iğtişaşlara çeviriblər”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İran İslam Respublikasıının xarici işlər naziri Abbas Əraqçi belə deyib. 

“Yanvarın 8-dən etibarən etirazların yeni mərhələsi ilə qarşılaşdıq. 8-10 yanvar tarixlərində nümayişçilər arasında terrorçular və silahlar peyda oldu. Aydındır ki, bu planlaşdırılmışdı. Etirazlar məqsədlərindən yayınaraq ölkə daxilində ümumi zorakılığa, qan tökülməsinə və talanlara çevrildi. 

Etirazçılar arasında silahlı elementlər peyda oldu və təkcə polisə deyil, həm də ən əsası adi insanlara atəş açdı”,-deyə Əraqçi Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə bildirib.

Görüş İranın dövlət televiziyası ilə yayımlanıb. Diplomatın sözlərinə görə,  yanvar 8-ə qədər hökumət və biznes nümayəndələri fikir ayrılıqlarının əksəriyyətini həll etmiş, etiraz fəaliyyəti azalmağa başlamışdı. Lakin sonra İsrail və ABŞ ilə əlaqəsi olan terrorçular müdaxilə ediblər.

Əraqçi qeyd edib ki, iğtişaşçılar ölkə daxilində 53 məscidi yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə qəsdən atəş açıblar: 

"Onlar yaralılara belə, aman verməyərək onları dəqiq atəşlə öldürüblər".

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr