ain.az, Baku.ws saytına istinadən bildirir.
2000-2003-cü illərdə ekranlara gələn "Yeddi numara" serialının çəkildiyi evin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, ikimərtəbəli ev demək olar ki, tamamilə dağılıb. İllərdir baxımsız vəziyyətdə olan mənzil yararsız hala düşüb.
Pəncərələrdə sadəcə dəmir və taxta çərçivələr qalıb, qapılar isə tamamilə sınıq-salxaq vəziyyətdədir.
Ev Üsküdar şəhərinin "Kandilli" məhəlləsinin "Derman" küçəsində yerləşir.
Qeyd edək ki, ekran işində əsas rolları Şebnem Sönmez, Engin Alkan, Tuba Erdem, Okan Selvi, Ayça Mutlugil, Nuray Uslu, Gülden Güney canlandırıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.