AZ

BƏƏ toplanışı: “Neftçi”də iki futbolçu yenidən doğuldu

“Neftçi” qış təlim-məşq toplanışını BƏƏ-də davam etdirir. Komanda ilk yoxlama matçında Qazaxıstanın “Kayrat” klubunu məğlub edib – 3:0.

“Ağ-qaralar”da hazırlıq döməminin qaydasında olduğu görünür. Komandanın düşərgəsində üzlər gülür, ab-hava çox yaxşıdı.

Yeni baş məşqçi Yuri Vernidubun gəlişi xüsusən də iki futbolçuya yaxşı mənada ciddi təsir göstərib. Söhbət Edvin Kuç və Andrey Ştoqrindən gedir.

Adıçəkilən oyunçular sanki heyətə yeni qoşulmuş futbolçular kimi istəkli görünür. Onlar bu toplanışda özlərini yaxşı tərəfdən göstərib, forma uğrunda ciddi rəqabət aparırlar.

Xatırladaq ki, Ştoqrin mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyib. Onun komandadan göndəriləcəyi gözlənilirdi.

İdmanxeber.az

 

Seçilən
16
idmanxeber.az

1Mənbələr