AZ

Masallıda 13 yaşlı qıza meşədə təcavüz edildi – Dəhşətli cinayətin TƏFƏRRÜATI

Bir gün Davud qızı görüş adı ilə aldadaraq, Dadva kəndindəki meşə zolağına gətirib. O, həmin ərazidə qıza təcavüz edib.

Bu hadisədən sonra Davudla azyaşlı qız yenidən sevgi münasibətlərini davam etdirib, mütəmadi cinsi əlaqədə olublar.

Bir müddət sonra qızda hamiləlik dövrü başlayıb və bu barədə onun ailə üzvləri polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Davud Ağayev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. İstintaq müddətində onların övladları dünyaya gəlib və Davud övladını saxlayacağına söz verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı dövründə qız Davud Ağayevlə sevgili olduğunu bildirib və öz xahişi ilə cinsi əlaqədə olduğunu deyib.

Məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Davud Ağayev 6 il azadlıqdan məhrum edilsə də, ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona verilən cəza şərti hesab olunub.

Mənbə: Oxu.az

Seçilən
14
5
dogru.az

6Mənbələr