AZ

"Bircə ondan qorxuram" - "Firdevs hanım"

Məşhur "Aşk-ı Memnu" serialında "Firdevs Yöreoğlu" rolu ilə yaddaşlara həkk olan aktrisa Nebahat Çehre həm açıqlamaları, həm də zamansız gözəlliyi ilə diqqət çəkməyə davam edir.

"Unikal" xəbər verir ki, 81 yaşlı sənətçi qatıldığı bir proqramda karyerası və şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Çehre, personajının hekayəsinin bitdiyi "Möhtəşəm Yüzyıl" serialının bölümünü heç vaxt izləmədiyini bildirib. O, bu seçimin illərdir öhdəsindən gələ bilmədiyi qorxudan qaynaqlandığını izah edib.

"Ölümdən qorxuram. Mərhum anama son dəfə belə baxa bilmədim. Niyə ölümdən qorxduğumu bilmirəm, amma bunun öhdəsindən gələ bilmirəm. Qəbiristanlıqları belə ziyarət edə bilmirəm. Sadəcə bu qorxunu öhdəsindən gələ bilmirəm", - deyə o, izah edib. 

Nebahat Çehre anasının ölümündən sonra ilk dəfə olaraq vacib bir qərar verdiyini də açıqlayıb. 

Təxminən 10 il əvvəl vəsiyyətnaməsini hazırladığını deyən təcrübəli aktrisa, bu addımın arxasındakı səbəbin heç kimi çətin vəziyyətə salmamaq olduğunu söyləyib. Çehre vəsiyyətnaməsinin məzmunu barədə ətraflı məlumat verməyib. 

Seçilən
47
unikal.az

1Mənbələr