Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranda dərinləşən sosial-iqtisadi böhran və maliyyə bazarlarındakı qeyri-sabitlik təkcə ölkənin deyil, onunla sıx ticarət əlaqələri olan region dövlətlərinin də gündəmini dəyişir. Azərbaycan bazarına gətirilən quru meyvələr, çərəzlər və ədviyyatlarda həm qiymət dalğalanmaları, həm də təkliflə bağlı risklər yaranır. Bəs önümüzdəki günlərdə qiymət artımları gözlənilirmi?

Moderator.az-a danışan iqtisadçı alim Günay Hüseynova bildirib ki, geosiyasi balansın pozulması, eləcə də qeyri-sabitlik iqtisadi və ticarət əlaqələrinə təsir göstərən əsas faktorlar sırasındadır:
“İranda baş verən sosial-iqtisadi böhran və onun gələcək iqtisadi fəsadları artıq məlumdur. Belə bir mühitdə həmin ölkənin daxili bazarında məhsulların qiymətləri də qeyri-sabit olur. Təbii ki, bu, həmin məhsulların idxal olunduğu ölkələrdə də qiymətlərə təsir göstərir. Lakin bir məsələ var ki, bu məhsulların alternativ bazarları da mövcuddur. İrandan əsasən ölkəmizə ədviyyatlar, quru meyvələr və çərəz məhsulları ixrac olunur. Həmin məhsulları Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrdən də idxal edirik. Yəni qiymətlərdə kəskin artım olarsa, sahibkarlar alternativ bazarlara yönələcəklər. Ümumilikdə İran məhsullarının qiymətində artım gözlənilir. Ola bilər ki, yerli anbarlarda kifayət qədər əvvəlcədən alınmış məhsullar var, lakin yeni gələn məhsullar baha olacağı üçün yaxın günlərdə bu artım daxili bazarda da müşahidə ediləcək.
Mehin Mehmanqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.