AZ

16 yaşdan aşağı istifadəçilərin hesabları bağlandı - Əməl etməyənlər cərimələnəcək

Avstraliyada 16 yaşdan aşağı olan istifadəçilərə aid hesablar deaktiv edilib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ-ın texnologiya şirkəti Meta Avstraliyada 16 yaşdan aşağı olan istifadəçilərin sosial media platformalarına girməsini qadağan edən qanun əsasında təxminən 550 min hesabın deaktiv edildiyini açıqlayıb.

Bu qanun Avstraliyada 10 dekabrda qüvvəyə minib.

Şirkətlər 16 yaşdan kiçik uşaqların hesablarını silmək üçün lazımi tədbirləri görmədikləri təqdirdə, təxminən 32,9 milyon ABŞ dolları məbləğində cərimə ödəyəcəklər.

Seçilən
47
manset.az

1Mənbələr