AZ

Bakının qəsəbələrində kanalizasiya sistemləri yenilənəcək

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakı şəhərinin qəsəbələrində kanalizasiya sistemlərinin yenilənməsi və mövcud sutəmizləyici qurğuların müasirləşdirilməsi nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan və Hövsan qəsəbələrində tullantı sularının idarə olunması sistemlərinin qurulması, Mərdəkan, Şağan, Şüvəlan, Qala və Buzovna qəsəbələrində tullantı sularının idarə olunması və sahilboyu ekoloji tarazlığın qorunması, Sahil, Səngəçal və Ümid qəsəbələrində tullantı sularının idarə olunması və sahilboyu ekoloji tarazlığın bərpası, Ələt Azad İqtisadi Zonası, Ələt, Qobustan və Şıxlar qəsəbələrində tullantı sularının idarə olunması sistemlərinin yaradılması, mövcud tullantı su infrastrukturunun yenidən qurulması proqram çərçivəsində nəzərdə tutulub.

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
oxu.az

1Mənbələr