AZ

Fransız deputat başından yaralandı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın millət vəkili Antuan Vildye ölkənin şərqində başından yaralanmış halda tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Parisien" qəzeti məlumat yayıb.

Bildirilir ki, 36 yaşlı parlament üzvü bu səhər evinin yaxınlığında tapılıb. Vildyenin başında qanlı yara olub. O, həyəcanlı görünüb. Polislər deputatı xəstəxanaya aparıblar.

Hazırda onun həyatı təhlükədə deyil.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb.

Özünə gəldikdən sonra A.Vildye son günlər gərgin psixoloji vəziyyətdə olduğunu, şəxsi problemlərdən əziyyət çəkdiyini və dərman qəbul etdiyini bildirib.

Polis, həyat yoldaşı da daxil olmaqla, onun qohumlarını dindirib. Qadın son vaxtlar əri ilə mübahisə etdiyini və mübahisə zamanı xəsarət aldığını, lakin polisə şikayət etmədiyini deyib.

Prokurorluq yaxın günlərdə deputatı yenidən dindirməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr