AZ

Paytaxtda köhnəlmiş magistral və paylayıcı su kəmərləri yenidən qurulacaq

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı şəhərində və Abşeron yarımadasında köhnəlmiş magistral və paylayıcı su kəmərləri yenidən qurulacaq.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Həmçinin qeyd olunub ki, mövcud nasaz xətlərin dəyişdirilməsi və müasir texnologiyaların tətbiqi, yeni su anbarlarının, nasos stansiyalarının qurulması, mövcud sistemlərin müasirləşdirilməsi nəzərdə tutulub.

Bundan başqa, subartezian quyularının bərpası və yeni nasosların quraşdırılması, Samur-Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması və Ceyranbatan su anbarının dayanıqlı su ilə təmin olunması görüləcək işlər arasında yer alıb.

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
oxu.az

1Mənbələr