Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. QHT sədrinin sözlərinə görə, əgər bura dașınma,saxlama və infilyasiya xərclərini də daxil etsək 17-23% aralığında qiymət artımına gətirib çıxaracaq:
"Bu artım əhaliyə satılan biskvit,peçenye,evlərdə hazırlanan șirniyyat və.s istehlak mallarının,restoran və kafelərdə qida məhsullarının da bahalașmasına səbəb olacaq. Bir sözlə avtomobil bazarında olduğu kimi qida sektorunda da 2026-cı il bahalșma ili kimi müșahidə ediləcək!"