AZ

Millinin üzvləri üçün seminar keçirildi

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin yeni üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Seminar ACF-nin tədris proqramı çərçivəsində təşkil olunub və gənc cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.

Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəkisalmanın performansa mənfi təsirləri vurğulanıb.

Seçilən
13
5
fanat.az

6Mənbələr