Qrenlandiyanın müdafiəsi iki it xizəyinə əsaslanır.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Qrenlandiyanın müdafiə sisteminin onurğası iki it sürüsüdür. Bunu bilirsinizmi? Bu müdafiənin nə olduğunu bilirsinizmi? İki it sürüsü. Bu arada, hər yerdə Rusiya və Çin kreyserləri və sualtı qayıqları var. Biz buna icazə verməyəcəyik", - deyə Tramp təyyarədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
Görüntülərdə Ağ Evin mətbuat katibi Kerolin Levitin Trampın bu sözləri deyərkən gülümsədiyi görünür.