AZ

İraq HHQ Pakistanın JF-17 qırıcılarına maraq göstərir

İraq Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın JF-17 “Thunder” qırıcı təyyarələrinə maraq göstərir.

“Poliqon” xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələri malumat yayıb.

Bildirilib ki, Pakistan HHQ komandanı Zahir Əhməd Baber Sidhu ilə İraq HHQ komandanı Mohanad Qalib Məhəmməd Radi əl-Asadi arasında keçirilmiş görüşdə ikitərəfli hərbi əməkdaşlıq və peşəkar maraq doğuran məsələlər müzakirə olunub. Xüsusilə birgə təlimlər, potensialın artırılması, aviasiya sənayesi sahəsində əməkdaşlıq və iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməliyyat koordinasiyasının gücləndirilməsinə diqqət yetirilib.

Eyni zamanda, İraq tərəfi JF-17 “Thunder” qırıcı təyyarələrinin mümkün tədarükü, “Super Mushshak” təlim təyyarələrinin istismara qəbulu, eləcə də bu platformalar üçün tam texniki xidmət və həyat dövrü dəstəyi məsələlərinə güclü maraq göstərib.

Xatırladaq ki, İraq HHQ Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkətinin istehsal etdiyi MFI-395 “Super Mushshak” təlim təyyarələrinin ilk partiyasını 2023-cü ilin aprelində təhvil alıb.

Seçilən
12
poliqon.az

1Mənbələr