AZ

Sosial mediada paylaşım etdi, sonra arvadını güllələdi

Boşanma mərhələsində olduğu arvadını güllələyən şəxsin hadisədən əvvəl sosial şəbəkədə paylaşım etdiyi məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Məlumata görə, boşanma prosesində olan Ahmet Yıldız ilə həyat yoldaşı Tuğçe Yıldız arasında evlərində mübahisə yaranıb. Mübahisə zamanı Ahmet Yıldız üzərində gəzdirdiyi silahla arvadına atəş açıb.

Qadın sinə və qarın nahiyəsindən ağır yaralanıb, şübhəli isə hadisə yerindən qaçıb. Silah səslərini eşidən qonşuların məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Seçilən
50
publika.az

1Mənbələr