AZ

Ağadadaş Ağayev necə amnistiyaya düşdü? – Vəkil açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib. Müğənniyə amnistiya aktı tətbiq olunub.

Amnistiya aktı hansı hallarda tətbiq edilir?

Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, amnistiya aktı konkret şəxslərə şamil edilmir.

Onun sözlərinə görə, amnistiya və əfv arasındakı əsas və birinci növbəli fərq də məhz budur:

“Əfv sərəncamında adlar qeyd olunur, amnistiya aktında isə maddələr müəyyən edilir. Bu maddələr cinayətlərin hansı kateqoriyaya aid olduğunu, hansı meyarlar əsasında tətbiq edildiyini və ümumiyyətlə hansı maddələrin məhdudiyyət altında olduğunu müəyyən edir. Sonradan qəbul edilmiş akt buna uyğun tətbiq edilir. Bu baxımdan, hazırkı amnistiya aktında heç bir şəxsin adı olmadığı üçün məsələn, Ağadadaş Ağayevə tətbiq olunub-olunmaması yeni bir məsələ kimi ortaya çıxmamalıdır”.

Ağadadaş
Rəsul Cəfərov

Vəkil bildirib ki, müğənninin ittiham olunduğu maddə, verilmiş cəza və növü amnistiya aktına uyğundur və tətbiq oluna bilər:

“Çünki ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir, təyin edilmiş cəza isə şərtidir. Beləliklə, amnistiya aktının tətbiqi tam qanunidir. Aktda göstərilmiş müddəalara uyğun olaraq, bu şəxslərin hüquqi vəziyyətinə münasibətdə amnistiya məhkəmə tərəfindən tətbiq edilir və qərara uyğun icra olunacaq”.

Qeyd edək ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.

Seçilən
16
1
turkustan.az

2Mənbələr